XAHİŞ ELƏMƏK

XAHİŞ ETMƏK/ELƏMƏK [Vəliş:] Bəy, xahiş eləyirəm ağzınızı təmiz saxlayasınız (Ə.Vəliyev); İLTİMAS ETMƏK ..Onlardan iltimas edirəm ki, mənim iltimasımı özləri oxuyandan sonra, onun məzmununu bizə gələn övrətlərə də yetirsinlər (C.Məmmədquluzadə); RİCA ELƏMƏK (ETMƏK) Uşaqlardan biri.. mənim də onlarla iştirak etməyimi rica etdi (T.Ş.Simürğ); TƏVƏQQE ETMƏK/ELƏMƏK Süleyman: Mən səni xəbərdar edirəm və çox təvəqqe edirəm ki, ağalığınıza hüdud qoyasınız... (M.Hüseyn).

XAHİŞ
XAHİŞ ETMƏK